Bakı aeroportunda 4 əcnəbi saxlanıldı - FOTO
14:43 24 İyul 2018
Son günlərdə 4 əcnəbi vətəndaşın saxta sənədlərlə Azərbaycanın dövlət sərhədindən keçmək, 2 nəfər Azərbaycan vətəndaşının isə ölkə ərazisinə qaçaqmal keçirmək cəhdinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Femida.az-a verilən məlumata görə, iyulun 19-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-İstanbul reysi ilə uçmaq istəyən 1982-ci il təvəllüdlü Pakistan İslam Respublikası vətəndaşı İqbal Mudassarın təqdim etdiyi pasportda saxtalaşdırma əlamətləri aşkarlanıb, laboratoriya şəraitində dərinləşdirilmiş yoxlama zamanı Yunanıstana məxsus daimi yaşayış vizasının saxta olması təsdiqlənib.
İyulun 20-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Frankfurt reysi ilə uçmaq istəyən 3 İraq vətəndaşı - 1978-ci il təvəllüdlü Aldohuky Sherwan Bashir Yousif, 2002-ci il təvəllüdlü AIdohuky Sahand Sherwan Bashir, 2009-cu il təvəllüdlü Aldohuky Mohammed Sherwan Bashirin pasportlarına vurulmuş Almaniyaya məxsus Şengen vizalarının saxta olmasına şübhə yaranıb və dərinləşdirilmiş yoxlama zamanı vizanın həqiqətən də saxtalaşdırılması təsdiqini tapıb.
İyulun 21-də “Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqəsində İran İslam Rüspublikasından gələn Azərbaycan Respublikası vətəndaşı Salyan rayonunun sakini 1966-cı il təvəllüdlü Hüseynov Elçin Rzalı oğlunun əl yükünə baxış zamanı psixotrop dərman olan 100 həb “Tamol”, 20 həb “Astrodol” aşkar edilib.
İyulun 22-də “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində Gürcüstandan gələn Azərbaycan Respublikasının vətəndaşı Qazax rayonunun sakini 1994-cü il təvəllüdlü İsmayılov Sərxan Əlövsət oğlunun idarə etdiyi “Mercedes” markalı 35-BL-414 dövlət nömrə nişanlı minik avtomobilinə baxış zamanı avtomobilin yanacaq çənində gizlədilmiş şəkildə ümumi sayı 36402 ədəd olan 53 qutu “Superblitz” və 60 qutu “Petards” pirotexniki vasitə aşkar olunub.
Qeyd edilən faktlar üzrə müvafiq tədbirlər həyata keçirilir.
Femida.az
Oxunub: 465
Oxşar xəbərlər
- Taksi 3 piyadanı vurdu, 1 əcnəbi öldü
- Bakıda hosteldə əcnəbi vətəndaşın çantasından 6 min dollar oğurlanıb
- Bakıda əcnəbi vətəndaşlara qarşı dələduzluq edilib
- Ağdaşda əcnəbi evdən oğurluq edib
- Rusiya əcnəbilərlə bağlı yeni qanun qəbul edəcək
- Bakıda partlayışda yaralananlar arasında əcnəbilər də var
- Zelenski əcnəbiləri yeni bölmənin sıralarında Rusiyaya qarşı döyüşməyə çağırıb
- Tbilisidə əcnəbi qadının qətlində ittiham olunan azərbaycanlı psixi sağlam hesab edilib
- Azərbaycana ova gələn əcnəbilər üç kateqoriyaya bölünəcək
- Azərbaycana gələn əcnəbilərin sayı açıqlanıb