Lətif Hüseynov Avropa Məhkəməsində vəzifəsinin icrasına başlayıb


18:19     10 Fevral 2017 LETİF2.png

Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Azərbaycandan olan yeni hakimi Lətif Hüseynov vəzifəsinin icrasına başlayıb.


Femida.az `Report`a istinadən xəbər verir ki, L.Hüseynov hazırda Strasburqda yaşayır.

Onun aylıq maaşı 10 min avroya qədərdir.

Xatırladaq ki, AİHM-ə hakimlər 9 il müddətinə seçilir. Azərbaycanın AİHM-dəki əvvəlki hakimi Xanlar Hacıyev olub. Onun səlahiyyət müddəti başa çatıb.

L.Hüseynov bu təyinata qədər Milli Məclisin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri vəzifəsində çalışıb.

Femida.az

Açar sözlər:

Oxunub: 2244