Azərbaycan hərbçiləri Zod qızıl mədənindən görün nə tapdılar: Ermənilərin...


18:18     05 İyul 2022 22_07_05_1657030763.jpg

Azərbaycan hərbçiləri Zod qızıl mədəni yaxınlığında Su-25 hərbi təyyarəsinin fraqmentlərini tapıblar.


APA TV Caliber.az -a istinadən xəbər verir ki, bu faktı Ermənistan Müdafiə Nazirliyinin saxtakarlarından biri üzə çıxarıb.

Hələ 44 günlük müharibənin ilk günlərində nazirlikdən bildirilib ki, guya Türkiyəyə məxsus F-16 təyyarəsi Ermənistana məxsus Su-25-i vurub. Əslində isə o zaman səmada iki erməni Su-25-i toqquşub. Ermənistan Müdafiə Nazirliyi tərəfindən hadisədə xəyali Türkiyə F-16-sının iştirakına dair heç bir sübut təqdim olunmayıb.



Açar sözlər:

Oxunub: 2456