Çörək daşıyan maşın qəzaya düşdü: 3 yaralı


16:22     26 Yanvar 2019 19_01_26_1548492147.jpg


Paytaxtın Binəqədi rayonunda "Mal bazarı" adlanan ərazidə yol qəzası baş verib.


Femida.az bildirir ki, hadisə şahidinin oxu.az-a verdiyi məlumata görə, çörək daşıyan "Ford" markalı yük maşını "Kia" markalı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində çörək daşıyan maşın aşıb. Üç nəfər xəsarət alıb, avtomobillərə ciddi ziyan dəyib.

Femida.az

Açar sözlər:

Oxunub: 566