Biləsuvarda dəhşətli qəza: 3 ölü,2 yaralı var


09:57     28 Yanvar 2019 avtomobil%20qezasi%20(11).jpg

Biləsuvarda baş verən qəzada ölən və yaralananların şəxsiyyəti məlum olub.


Ötən gün gecə saatlarında Biləsuvar rayonunda baş verən ağır yol qəzası zamanı ölən 3 nəfərdən birinin və yaralananların şəxsiyyəti məlum olub.

Femida.az -ın "Report"-a istinadən məlumatına görə, qəza nəticəsində hadisə yerində 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan 1966-ci il təvəllüdlü Abşeron rayonu Hökməli qəsəbə sakini Elmira Əli Ağasəfər qızı xəstəxanada keçinib. Bununla da ölənlərin sayı 3-ə çatıb.

Digər iki yaralı - 1953-cü il təvəllüdlü Bakı şəhəri, Biləcəri qəsəbə sakini 1953-cü il təvəllüdlü Dəmirova Vəli Baxış qızının vəziyyəti ağır olduğundan, o, reanimasiya şöbəsinə yerləşdirilib, 2003-cü il təvəllüdlü Həşimov Qəyyum Dəyanət oğluna isə tibbi yardım göstərilərək, evə buraxılıb.

Hazırda ölən iki şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 602