İran və Rusiya XİN başçıları Venesuela məsələsini müzakirə ediblər


19:38     28 Yanvar 2019 2019/01/853c251e-2bc6-4bc0-b4cc-8a647a6651c4_1548688271.jpg

İranın xarici işlər naziri Məhəmməd Caval Zərif və rusiyalı həmkarı Sergey Lavrov telefonla Venesueladakı son vəziyyətə, habelə ikitərəfli əməkdaşlığa dair müzakirələr aparıblar.

Femida.az -ın Rusiya XİN-in saytına istinadən xəbər verir ki, İran tərəfinin təşəbbüsü ilə keçirilən söhbət zamanı tərəflər Venesuelada daxili əmin-amanlığı təmin etmək və aktual sosial iqtisadi məsələləri tezliklə həll etmək naminə ölkənin məsul siyasi qüvvələri arasında qarşılıqlı anlaşmaya nail olmaq üçün qarşılıqlı səy göstərməyə hazır olduqlarını ifadə ediblər.

Açar sözlər:

Oxunub: 376