Bibisi oğlunun toyunda qan tökdü - Cəzası azaldılıb


17:09     29 Yanvar 2019 hebs_5861.jpg

Şirvan Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Sərxan Əsədovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Femida.az-ın xəbərinə görə, hakim İsmayıl Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, S.Əsədovun apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Belə ki, onun 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası 7 ilə endirilib.

Qeyd edək ki, hadisə 2017-ci ilin dekabrın 6-da Sabirabad rayonunun Qaragüney kəndində yerləşən "Fərid" şadlıq sarayının yanında baş verib.

Toyda rayonun Ətçələr kənd sakini S.Əsədov bisi oğlunun toy məclisində olarkən Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Orxan Xudiyev və onun dostu, 1988-ci il təvəllüdlü Emil Əhmədovu çölə çıxarıb. Daha sonra həmin şəxslər arasında mübahisə düşüb. Nəticədə S.Əsədov onları bıçaqlayıb.

Hər iki yaralı Şirvan Şəhər Xəstəxanasına gətirilib və onların həyatını xilas etmək mümkün olub.

Cinayəti törədən S.Əsədov qaçaraq gizlənib. Daha sonra həbs edilib.

Məlumata görə, hadisə pul borcu üstündə baş verib.

O, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Açar sözlər:

Oxunub: 327