DİN təsdiqlədi: Polis kapitanı həbs edilib
21:10 29 Yanvar 2019
Daxili İşlər Nazirliyi qurumun bir qrup vəzifəli şəxsinin həbs edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Nazirliyin Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə Femida.az-a bildirib ki, daxil olmuş məlumat əsasında nazirliyin aidiyyatı qurumu tərəfindən yoxlama aparılıb:
“Məlum olub ki, Ucar Rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi qrupunun baş inspektoru, polis kapitanı Şahin Əhmədov xidməti vəzifəsindən sui-istifadə edərək müvafiq qanunvericiliyin tələbini kobud şəkildə pozmaqla bir neçə İran vətəndaşını Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edib.
İran vətəndaşlarının bu sənədləri əldə etməkdə məqsədləri MDB və Azərbaycanla vizasız gediş-gəliş imkanı olan digər ölkələrə sərbəst çıxış qazanmaları olub. Yoxlama zamanı polis əməkdaşı adına ləkə və daxili işlər orqanlarının nüfuzuna xələl gətirdiyinə görə Ş.Əhmədov daxili işlər orqanlarında xidmətdən xaric olunub və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluğa göndərilib.
Faktla bağlı cinayət işi başlanılıb və Ş.Əhmədov da təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”.
O.Mansurzadə əlavə edib ki, hadisə nəticəsində cəmi 1 nəfər həbs edilib.
Oxunub: 871
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"