Aralıq dənizində gündə 6 miqrant ölür - Dəhşətli statistika


13:48     30 Yanvar 2019 1442775749_miqrantfaciesi.jpg

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Üzrə Ali Komissarlığının "Ümidsiz Səfərlər" adlı hesabatında Aralıq dənizinin miqrantlar üçün dünyanın ən ölümcül marşrutu olduğu bildirilib.

Hesabatda 2018-ci ildə Aralıq dənizi ilə Avropaya çatan miqrant sayının 139 min 300 olduğu, bunun son 5 ilin ən aşağı göstəricisi olduğu qeyd edilib. Keçidlərdəki azalmaya baxmayaraq ötən il Aralıq dənizində 2275 miqrantın həyatını itirdiyi və ya itgin düşdüyü qeyd olunan hesabata əsasən orta hesabla günə 6 nəfər həyatını itirib. Hesabatda miqrantların istiqamətlərindəki əhəmiyyətli dəyişikliklər də ortaya qoyulub.

Femida.az

Açar sözlər:

Oxunub: 360