Azərbaycanda 30 ton bal dövriyyədən çıxarılıb - AÇIQLAMA


11:44     31 Yanvar 2019 2019/01/bal-dovriyyye_1548921101.jpg

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində 2018-ci ilin yekunlarına dair mətbuat konfransı keçirilib.


Femida.az-ın məlumatına görə, qurumun rəhbəri Qoşqar Təhməzli
hesabat çıxışında bildirib ki, baytarlıq sahəsində 5959 icazə sənədi verilib:

"Aparılmış nəzarət tədbirlərinin nəticəsində 1315 infeksion və invazion xəstəliklər aşkarlanıb. Dövriyyədən 30 ton bal çıxarılıb. 7750 kq ət, 18792 kq ət məhsulları məhv edilib. 34 ton at əti də daxil olmaqla ət məhsulları ixracatçı ölkəyə qaytarılıb. Bununla bağlı 2036 xəbərdarlıq edilib. Heyvan kəsimi məntəqələrində 3942 kq mənşəyi məlum olmayan ət aşkarlanıb. Sevindirici haldır ki, ötən il aparılan ekapertizada "quş qripi" virusu aşkarlanmayıb".

Amin Nəzərli

Femida.az

Açar sözlər:

Oxunub: 386