Magistraturaya qəbulun şərtləri dərc olunub
17:03 31 Yanvar 2019
Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün magistraturaya qəbul elan edib.
Mərkəzdən Femida.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul haqqında elanın tam mətni, “Şəxsi kabinet”in yaradılması və istifadə qaydası, müsabiqə şərtləri, “Bakalavrın elektron ərizəsi” formasının doldurulma qaydası və onun nümunəsi, magistratura səviyyəsinə qəbula hazırlaşan bakalavrlara kömək məqsədilə ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsini, informatika üzrə bilikləri, xarici dilləri bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri “Magistr” jurnalının 2-ci sayında dərc edilib.
Jurnalı Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M və Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28. ünvanlarında yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.
Femida.az
Oxunub: 360
Oxşar xəbərlər
- Magistraturaya boş qalan yerlərə qəbul elan edilib
- Magistraturaya növbəti qəbul imtahanı keçiriləcək
- Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat elan edilib
- Magistraturaya sənəd qəbulu başa çatıb
- Magistraturaya qəbul qaydaları 2024-cü ildən dəyişdiriləcək
- Magistraturaya qəbul olan bakalavrların qeydiyyat müddəti uzadılıb
- Magistraturaya qeydiyyatla bağlı alternativ mərkəzlər yaradılıb
- Magistraturaya boş qalan plan yerlərinin sayı açıqlanıb
- Magistraturaya qəbul imtahanına qeydiyyat başladı
- Magistraturaya sənəd qəbulu başa çatdı