Siyavuş Novruzov: “Söyüş söyürsə, qarşılıqlı cavabını verməliyik”
13:24 01 Fevral 2019
“Siyasi partiyalarla bağlı yeni qanun qəbul edilməlidir. Azərbaycanda bəzi siyasi partiyalar Mərkəzi Seçki Komissiyalarına maliyyə hesabatı vermirlər. Guya onların maliyyəsi yoxdur. Amma ətrafında xeyli sayda köməkçi, cangüdən saxlayırlar. Bu maliyyə mənbələri açıqlanmalıdır”
Femida.az Azvision.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.
“Pulla adam saxlamaq, iğtişaş yaratmaq, mitinq keçirməyin mənbəyi məhz o qaranlıq mənbədə, şirədədir. O şirə bağlanmayınca, davam edəcəklər. Onlara madiyyat verənlər tapşırıqlarını da verirlər. Pul verən tapşırıq verməlidir. Onlar da canla-başla vətənə, dövlətə qarşı çıxırlar. Həmin insanlar üçün xalq, dövlət anlayışı yoxdur, maddi anlayış var. Bu məsələlər qanunvericiliklə tənzimlənməlidir, qarşısı qəti şəkildə alınmalıdır”, deyə - S.Novruzov bildirib.
Onun sözlərinə görə, xaricdə ermənidən pul alanlar da bu şəkildə fəaliyyət göstərirlər: “Hamımız birlikdə mübarizə aparmalıyıq. Bəzən Milli Məclis haqqında söz deyilir, bəzi deputatlar yaxalarını kənara çəkir, deyirlər ki, bizə aidiyyatı yoxdur. Bu deyilən söz bütün deputatlara aiddir. Əgər bizə söz deyilirsə, biz onlardan 20 dəfə artıq deməliyik. Başa düşsünlər ki, onlar bizlə qarşı-qarşıya gəlmək gücündə deyillər. Onlarınki yalnız söyüşdür. Söyüş söyürsə, qarşılıqlı cavabını verməliyik”.
Deputat sosial şəbəkələrlə bağlı iradını bildirib: “Bəzi hallarda təhqirlər anonim adlar altında yazılır. Bununla da mənəvi terror həyata keçirirlər. Bu, onların ağlının məhsulu deyil, xaricdə oturan bəzi dairələrin göstərişidir. Onlar bilmir ki, 25-30 ildir, siyasətlə məşğuluq, mexanizmi də çox yaxşı bilirik. Onlar bu cür addımlarla bizi qlobal siyasətimizdən döndərə bilməzlər”.
Oxunub: 455
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"