Akkumulyatora görə saxlanıldı,üzərindən narkotik çıxdı


09:50     03 Fevral 2019 19_02_03_1549171716.jpg

Avtomobil akkumulyatorlarını oğurlayan şəxs yaxalanıb.

DİN Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik daşımaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Ətrafında aparılmış tədbirlərlə onun digər cinayət əməllərinin də üstü açılıb. Polis əməkdaşları tərəfindən R.Əliyevin rayon ərazisində 4 “VAZ-2107” və 1 “VAZ-21011” markalı avtomobillərdən akkumulyatorlarını oğurlaması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 307


Oxşar xəbərlər