Canavarlar kəndə hücum etdi


19:06     03 Fevral 2019 canavar4.jpg

Ötən axşam Goranboy rayonunda canavar sürüsü kəndə hücum edib.

Femida.az xəbər verir ki, hadisə rayonun Boluslu kəndində, Sarı Əliyevin təsərrüfatında baş verib.

Kənd sakini qoyunları həyətyanı sahədə nəzarətsiz qoyub. Həyətdəki səsə çıxan 93 yaşlı kənd sakini canavarların qoyunları parçaladığını görüb. Nəticədə canavarlar onun 7 baş qoyununu parçalayıb.

Boluslu sakinləri deyir ki, tez-tez kəndin ətrafında canavar sürüsü ilə rastlaşırlar.

Femida.az

Açar sözlər:

Oxunub: 406