Polad Bülbüloğlunun 74 yaşı tamam olur


10:36     04 Fevral 2019 2019/02/14934935823784765042_1000x669_1549268571.jpg


Azərbaycan bəstəkarı və müğənnisi, Azərbaycanın sabiq mədəniyyət naziri (1989-2006), Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri (2006-h.h.), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1973), Azərbaycan SSR xalq artisti (1982),Türkmənistanın xalq artisti(2017), TÜRKSOY-un sədri (1994), Dağıstan Respublikasının Əməkdar İncəsənət Xadimi… Onun titularını saymaqla bitmir. Bu gün dəyərli incəsənət xadimi və diplomat Polad Bülbüloğlunun 74 yaşı olur.

Femida.az xəbər verir ki, Polad Bülbüloğlu 4 fevral 1945-ci ildə Bakıda anadan olub. Özünə soyad kimi atasının ləqəbini - Bülbül götürüb. 1968-ci ildə Bakı Musiqi Akademiyasını bitirib. Polad geniş yayılmış bir sıra mahnıların müəllifi və onların ifaçısı kimi tanınıb. Kino-filmlərin, dram tamaşalarının musiqilərinin, simfoniya, simfonik poema v. s. əsərlərin müəllifidir.

Polad Bülbüloğlu Rusiya və Azərbaycan xalqları arasında sülhün, anlaşmanın qorunmasında, dostluq tellərinin möhkəmlənməsindəki xidmətlərinə görə təltif edilib.

O, Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizəni beynəlxalq ictimaiyyətə dürüst təqdim etdiyinə, ölkəmizin ədalətli mövqeyinin güzəştsiz olduğunu aşıladığına, Dağlıq Qarabağa etdiyi səfərlərdə, münaqişəyə səbəb olmuş tərəfin – ermənilərin düz içərisində Azərbaycanın maraqlarına uyğun apardığı işə, yaratdığı "Məhəbbət və ölüm" baletinin Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində tamaşaya qoyulması ilə böyük mədəniyyətimizə verdiyi samballı töhfəyə, ölkəmizin imici üçün göstərdiyi səylərdə mənəviyyət və vətənpərvərlik nəzər nöqtəsindən çıxış etdiyinə görə Azərbaycanda "2009-cu İlin Adamı" elan edilib. 3 fevral 2015-ci ildə "Şərəf" ordeni ilə təltif olunub.

18 may 2016-cı ildə məşhur heykəltəraş və rəssam Zurab Seretellinin "Mənim müasirlərim" adlı heykəllər silsiləsi çərçivəsində Moskvada Polad Bülbüloğlunun abidəsinin açılışı olub.

Femida.az

Açar sözlər: #Polad_Bülbüloğlu   #mədəniyyət   #bəstəkar   #incəsənət   #səfir   #Rusiya  

Oxunub: 883