Üzərindən heroin çıxdı


10:50     05 Fevral 2019 heroin%20narkotik.jpg

Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik daşımaqda şübhəli bilinən Bakı şəhər sakini M.Babazadə saxlanılıb.


DİN Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan çəkisi 518 qramdan artıq narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 366


Oxşar xəbərlər