Türkiyə Prezidentinin sözçüsü: "Qondarma “erməni soyqırımı” yalandır"


18:47     06 Fevral 2019 19_02_06_1549459130.jpg


Qondarma "erməni soyqırımı" yalandır və siyasi uydurmadır.

Femida.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın Fransa Prezidenti Emmanuel Makronun 1915-ci il hadisələri ilə bağlı sözlərini şərh edərkən deyib.

O bildirib ki, "erməni soyqırımı"nın heç bir tarixi əsası yoxdur və 1915-ci ildə ermənilərin kütləvi qırğınını sübut edən heç bir fakt mövcud deyil.

İ.Kalın vurğulayıb ki, Türkiyə Fransa Prezidentinin sözlərini kəskin pisləyir.

O əlavə edib ki, E.Makron bu açıqlamalarla böhranın davam etdiyi Fransada gündəmi dəyişməyə çalışır.

Femida.az

Açar sözlər:

Oxunub: 328