Seçkiləri 46 ölkə müşahidə edəcək


00:48     23 Oktyabr 2015 7ddafe7ad565630cf01249a85b48242823.jpg

“Müşahidəçilər üçün seçki məntəqələrində yüksək səviyyədə şərait yaradılacaq”.


Femida.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov deyib. M. Pənahov bildirib ki, MSK-da qeydiyyatdan keçən müşahidəçilərin sayı artıq 426-ya çatıb: “33 beynəlxalq təşkilatdan olan bu müşahidəçilər 46 ölkəni təmsil edirlər. Dairələrdə qeydiyyatdan keçənlərin sayı isə 55 min 242 nəfərdir”.

MSK sədri seçki məntəqələrində “veb-kamera”ların quraşdırılmasını da yüksək qiymətləndirərək, bütün məntəqələrdə seçki günü elektrik enerjisinin kəsilməməsi üçün tədbirlər görüldüyünü qeyd edib: “Bütün addımlar atılıb ki, məntəqələrdə kameralar vaxtında quraşdırılsın”.

Açar sözlər:

Oxunub: 793