775 nəfərin yaxınlarından ağız suyu nümunəsi götürülüb - İtkin düşənlərə görə


11:59     07 Fevral 2019 2019/02/agiz-suyu_1549526670.jpg


Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə birlikdə ötən il ərzində Dağlıq Qarabağ münaqişəsində itkin düşmüş şəxslərin yaxınlarından götürülmüş ağız suyu nümunəsi ilə bağlı statistika açıqlayıb.


Femida.az xəbər verir ki, ötən il ərzində 775 itkin düşmüş şəxsin yaxınlarından 2170 ağız suyu nümunəsi götürülüb. Qeyd edək ki, ağız suyu nümunəsi itkin düşmüş şəxslərin yaxınlarından götürülür və gələcəkdə mümkün eksqumasiya zamanı istifadə üçün saxlanılır.

Femida.az

Açar sözlər:

Oxunub: 409


Oxşar xəbərlər