Azərbaycanlı məmurun canlı yayımı rekord vurdu - VİDEO


12:20     08 Fevral 2019 2019/02/Scree-1549603685_1549605825.jpg

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov “Facebook”da canlı yayımla gördüyü işlər barədə hesabat verib, eyni zamanda, vətəndaşların suallarını cavablandırıb.


Femida.az xəbər verir ki, DMX rəisi bir saatdan çox vaxt ərzində sosial şəbəkə istifadəçilərilə ünsiyyətdə olub, onları maraqlandıran müxtəlif suallara cavab verib.

Qeyd edək ki, Vüsal Hüseynovun təşəbbüsu sosial şəbəkə istifadəçilərinin böyük rəğbətilə qarşılanıb və şərh yazanların çoxu bu addımı alqışlayıblar.

Canlı yayıma 20.000-ə yaxın insan baxıb ki, bu da Azərbaycanda sosial şəbəkə yayınları üçün indiyə qədər görünməmiş yüksək göstərici sayıla bilər. Bundan başqa, canlı yayıma 1000-dən çox bəyənmə gəlib, 245 nəfər onu paylaşıb, 525 nəfər isə şərh yazıb.




Femida.az

Açar sözlər: #Məmur   #Azərbaycan   #Sual   #Vüsal_Hüseynov  

Oxunub: 755