“Ayrılıq” mahnısının müəllifi öldü


21:58     09 Fevral 2019 2019/02/D299B7A7-7D3A-4934-B036-7D4EF0725644_1549735242.jpeg

Məşhur “Ayrılıq” mahnısının sözlərinin müəllifi Rəcəb (Fərhad) İbrahimi Korabazlı 83 yaşında Tehranda dünyasını dəyişib.

Femida.az xəbər verir ki, İbrahimi 1936-cı ildə Ərdəbilin Korabas kəndində doğulub. F.İbrahimi bəstəkar və tarzən Əli Səlimi ilə tanış olduqdan sonra “Ağlama”, “Açıl Səhər” və “Ayrılıq” şeirlərini yazıb.

“Ayrılıq” mahnısı ilk dəfə Ə.Səliminin həyat yoldaşı Fatma Qənnadi tərəfindən 1958-ci ildə səsləndirilib. Bu ifadan sonra mahnının mahir ifaçıları sırasında Yaqub Zurufçu, Ququşun adları çəkilir.

Femida.az

Açar sözlər:

Oxunub: 541


Oxşar xəbərlər