Türkiyə və Çin arasında diplomatik qalmaqal
20:47 11 Fevral 2019
Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin uyğurlar üçün "islah düşərgələri" ilə bağlı bəyanatı ikrah doğurur. Çin artıq bununla bağlı Türkiyə tərəfinə etirazını bildirib.
Femida.az xəbər verir ki, bu fikirləri Çin XİN-nin rəsmi nümayəndəsi Xua Çunin deyib.
"Biz Türkiyə XİN nümayəndəsinin bəyanatına diqqət yetirdik. Biz bununla bağlı artıq Türkiyə tərəfinə etirazımızı bildirmişik", - X.Çunin brifinqdə bildirib.
Çin XİN-nin nümayəndəsi Türkiyə tərəfinin tanınmış uyğur şairi Əbdülrəhim Heyitin həbsxanada ölümü ilə bağlı məlumatı yalan adlandırıb və əlavə edib ki, o, sağdır.
Qeyd edək ki, Türkiyə XİN nümayəndəsi Hami Aksoy Çin hökumətini uyğurların hüquqlarının pozulmasına görə ittiham edib və səkkiz ildir həbsdə olan şairin taleyi ilə bağlı ən qısa zamanda bəyanat verilməsini istəyib.
Onun sözlərinə görə, milyondan çox uyğur siyasi baxışlarına görə həbsxana və düşərgələrdə işgəncələrə məruz qalır.
Çin XİN nümayəndəsi bu məlumatın həqiqətə uyğun olmadığını bildirib.
Oxunub: 381
Oxşar xəbərlər
- Türkiyə Ordusu 17 terrorçunu məhv edib
- Türkiyədə ağır yol qəzasında 8 nəfər ölüb, 10 nəfər ağır yaralanıb
- Türkiyə kəşfiyyatı PKK rəhbərliyində təmsil olunan qadını məhv edib
- Türkiyə xüsusi təyinatlıları Suriyada 25 terrorçunu məhv edib
- Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 20 terrorçunu məhv edib
- Türkiyə ordusu Suriyada 11 terrorçunu zərərsizləşdirib
- Türkiyə kəşfiyyatı PKK-nın rəhbərlərindən birini məhv edib
- Türkiyədə Ukrayna taxılı daşıyan Rusiya gəmisi saxlanılıb
- Türkiyə-Ermənistan quru sərhədinin ən qısa zamanda açılması barədə razılıq əldə edilib
- Türkiyə və Azərbaycan kənd təsərrüfatı sahəsində əməkdaşlıq sazişi imzalayacaq