Azərbaycanda şərab zavodunun rəhbərinə ömürlük həbs cəzası verilib - Bir cinayətin TARİXÇƏSİ +VİDEO


14:20     12 Fevral 2019 2019/02/rezonans_xeber_1549966912.jpg


Femida.az xəbər verir ki,ARB TV-nin “Rezonans” proqramı növbəti buraxılışında ömürlük məhkum Şəmsi Səmədzadənin həyat hekayəsini yayımlayıb.




Şəmsi Səmədzadə – ömürlük məhkum: “Azərbaycanda böyük, tanınmış nəslin nümayəndəsiyəm, Səmənd ağanın nəvəsiyəm. Təəssüflər olsun ki, lazım olmayan zaman, lazım olmayan yerdə olduğum üçün buradayam. 1992-ci ildə bir məclisdə oldum, orada bir hadisə baş verdi. 2000-ci ilədək o məclisdə iştirak edənlər cəza aldı. Şərab zavoduna rəhbərlik etsəm də, heç vaxt nə şərab içmişəm, nə siqaret çəkmişəm. 10, 12 il anama, bacıma və digərlərinə icazə vermədim həbsxanaya mənim yanıma gəlsinlər. Ancaq son illər anam yaşlı olduğu üçün gəlib, görüşmüşük. Mənə ömürlük həbs cəzası veriləndə 7, 8 il belə cəza aldığıma inana bilmədim. Heç kəsdən küsgünlüyüm yoxdur. Yeganə qırğınlığım özümədir. 17 il həbsdə yaşamaqdansa kaş, 17 dəqiqə azadlıqda başımı anamın dizinə qoyaydım”.

Açar sözlər: #məşhur_cinayət   #Video   #maraqlı  

Oxunub: 8705


Oxşar xəbərlər