“SOCAR Absheron” şirkəti ləğv edilib? - AÇIQLAMA


14:34     13 Fevral 2019 19_02_13_1550054077.jpg


"Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Fransanın "Total" şirkətinin birgə müəssisəsi "SOCAR Absheron" ləğv edilməyib".


Femida.az xəbər verir ki, bunu Trend-ə SOCAR-ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, söhbət ləğvdən yox, şirkətin qeydiyyat ünvanının dəyişdirilməsindən gedir:

"Bu prosedurun məqsədi optimallaşdırma və xarici tərəfdaşlarla əlaqələrin səmərəliliyinin artırılmasıdır, çünki "SOCAR Absheron" "Abşeron" yatağının məhsullarının bölüşdürülməsi barədə saziş çərçivəsində şirkətin maraqlarını təmsil edir".

Qeyd edək ki, ötən gün Vergilər Nazirliyinin "Vergilər" qəzetində "SOCAR Absheron"un ləğv olunması barədə məlumat verilmişdi.

Femida.az

Açar sözlər: SOCAr   neft  

Oxunub: 526