General Nağıyev Pakistanda hərbi təlimlərdə - FOTO
18:37 13 Fevral 2019
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Pakistan İslam Respublikasının Silahlı Qüvvələri arasında qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində Pakistan tərəfinin dəvəti ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi general-leytenant Əfqan Nağıyevin başçılıq etdiyi nümayəndə heyəti 8-12 fevral 2019-cu il tarixlərdə Pakistan İslam Respublikasının Karaçi şəhərində keçirilən “AMAN-2019” çoxmillətli hərbi dəniz təlimlərində müşahidəçi qismində iştirak edib.
DSX-dan Femida.az -a verilən məlumata görə, 9 fevral tarixində Pakistan Hərbi Dəniz Qüvvələri, Pakistan Milli dəniz işləri İnstitutu, Dəniz siyasəti üzrə milli araşdırma mərkəzinin dəstəyi ilə 8-ci Beynəlxalq dəniz konfransı öz işinə başlayıb.
Konfrans çərçivəsində Pakistan Hərbi Dəniz qüvvələrinin bazasında yerləşən şəhidlər abidəsinin önünə əklil qoyma mərasimi keçirilib. Xarici ölkələri təmsil edən nümayəndə heyətləri adından general-leytenant Əfqan Nağıyev fəxri qarovulun müşayiəti ilə abidə önünə əklil qoyub.
Beynəlxalq dəniz konfransın işində Pakistan İslam Respublikasının Prezidenti cənab Arif Alvi, Pakistan Hərbi Dəniz qüvvələrinin Baş Qərargah rəisi admiral Zəfər Mahmud Abbasi, digər rəsmi şəxslər iştirak ediblər.
Səfər çərçivəsində Pakistan Hərbi Dəniz qüvvələrinin Baş Qərargah rəisi admiral Zəfər Mahmud Abbasi ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi general-leytenant Əfqan Nağıyevin təkbətək görüşü keçirilib.
Görüşdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin Pakistan İslam Respublikasına rəsmi səfəri zamanı əldə olunmuş razılaşmalardan irəli gələn məsələlər müzakirə olunub.
Oxunub: 1992
Oxşar xəbərlər
- General Bəkir Orucovun ittiham olunduğu maddələr məlum olub - RƏSMİ
- Generalın həbsində YENİ DETALLAR: 6 milyonluq vergi borcu və...
- Generallar Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdəki vəziyyəti təhlil edib
- Generallar həlak olan hərbçilərin məzarlarını ziyarət ediblər - FOTOLAR
- Generallar xüsusi təyinatlılarının təlimini izləyib - VİDEO
- General Mövlam Şixəliyev 14 milyon manat rüşvət alıb
- General-mayor Emin Şəkinski vəfat edib
- General-Qubernator Prezidentə məktub yazdı
- Generallar toplandı - Zakir Həsənov müşavirə keçirdi
- Generalın anbaan öldürüldüyü görüntü təkcə əli qalıb - VİDEO