Eldar Əzizov göstəriş verdi - Yolu zəbt edən restoran bağlandı


10:52     14 Fevral 2019 19_02_14_1550127214.jpg


Bakının ən hərəkətli küçələrindən biri olan "Tarqovı”da fəaliyyət göstərən restoranın vətəndaşların gediş-gəliş yolunu zəbt etməsi ilə bağlı meriya araşdırma aparıb.

Paytaxtın Nigar Rəfibəyli b/37 ünvanında fəaliyyət göstərən "PASSAGE 145" restoranı vətəndaşların hərəkəti üçün nəzərdə tutulan yolun sağ və sol tərəfinə masalar yerləşdirərək ərazini tamamilə zəbt ediblər. Ərazidən istifadə edən və həmin küçədə yaşayan sakinlər sözgedən məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə şikayət ediblər.

Bundan sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov sakinləri narahat edən məsələ ilə bağlı sözügedən əraziyə gedib, səkinin zəbt olunmasının şahidi olub və sakinlərin şikayətinə əsasən restoranın qanunsuz fəaliyyət göstərən hissəsinin bağlanması ilə bağlı qərar verib.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat katibi İsrafil Kərimov məlumatı təsdiq edib. (unikal.org)



Femida.az

Açar sözlər: #Bakı   #icra   #restoran   #Eldar_Əzizov  

Oxunub: 964