Yeni yaradılan və ya adları dəyişdirilən ixtisaslara bu il qəbul aparılmayacaq
12:58 14 Fevral 2019
"Nazirlər Kabinetinin təsdiqlədiyi “Ali təhsilin bakalvriat (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı” qaydaları əsasında yeni yaradılan və ya adları dəyişdirilən ixtisaslara bu il qəbul aparılmayacaq".
Bunu Təhsil Nazirliyinin şöbə müdiri Yaqub Piriyev deyib.
Onun sözlərinə görə, yeni qayda əsasında qəbul 2020-2021-ci tədris ili üçün nəzərdə tutulur: "Bu təsnifatlar 3 il ərzində aparılan təhlillər, tədqiqatlar nəticəsində yaranıb".
Y.Pririyev əlavə edib ki, magistratura üzrə də gələcəkdə ixtisasların təsnifatı aparılacaq: “Bakalavriatda olan təsnifat əsasında magistraturada da mövcud ixtisaslara baxılacaq və buna uyğun dəyişiklik ediləcək. Prosesə bu il və ya gələn il başlanılacaq. Dəyişiklikdən öncə elə ixtisaslar var idi ki, ora 10 il ərzində qəbul aparılmırdı. İxtisasların ləğv olunması məzunlara təsir etməyəcək, yalnız bu ixtisasların yeni məzmunu hazırlanacaq". / Report
Femida.az
Oxunub: 397
Oxşar xəbərlər
- Elm və təhsil naziri: "İnstitutlarda çalışan alimlərin ixtisarından söhbət getmir"
- Biləsuvar Təhsil Kompleksinə yeni rəhbər təyin olunub
- Təhsil naziri uşaq bağçalarındakı vəziyyəti açıqlayıb
- Nazir regional təhsil idarələrinə yeni rəhbərlər təyin edib
- Sağlamlıq imkanları məhdud şəxslər sağlam şəxslərlə birgə təhsil alacaq
- Nazirlik rayon təhsil şöbələrinin gələcək fəaliyyətinə aydınlıq gətirib
- Xaricdə doktorantura təhsilinə dair sənəd qəbulunun müddəti uzadılıb
- Nazirlik xaricdə təhsil alan həkimlərin aksiyasına münasibət bildirib
- Təhsil naziri: "Bu il onlayn qaydada bağçalara işə qəbul keçiriləcək"
- Prezident xaricdə təhsillə bağlı Dövlət Proqramını təsdiq etdi SƏRƏNCAM