“Azərsu”ya məxsus maşınla sərnişin avtobusu toqquşub


21:26     15 Fevral 2019 2019/02/21-28-35-try65_1550251731.jpg

Kürdəmirdə avtomobil qəzası baş verib.

"Qafqazinfo" xəbər verir ki, hadisə Bakı-Qazax yolunun 186-cı km-də, Kürdəmir rayonunun Çöhranlı kəndindən keçən hissəsində baş verib. Belə ki, sürücü Kürdəmir sakini Əzimov Fizuli Ata oğlu “Azərsu”ya məxsus "Mitsubishi" markalı avtomaşınla Bakı istiqamətində hərəkətdə olarkən yolda dönmə əməliyyatı etmək istəyib. Bu zaman arxadan gələn Alıyev İlqar Məhəmməd oğlunun idarə etdiyi sərnişinlə dolu avtobus arxadan ona çırpılıb. Hadisə vaxtı xəsarət alan olmasa da, nəqliyat vasitələrinə xeyli ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 494