Cəlilabadda məktəb qəzalı vəziyyətə düşüb? - Nazirlikdən AÇIQLAMA


14:27     19 Fevral 2019 19_02_19_1550572087.jpg


Təhsil Nazirliyi Cəlilabad rayonunda məktəbin qəzalı vəziyyətə düşməsi barədə məlumatlara münasibət bildirib.

Femida.az xəbər verir ki, nazirlikdən report-un sorğusuna cavab olaraq qeyd olunub ki, rayonun Muğan kənd orta məktəbində təhsil prosesi davam edir, şagirdlər təxliyə olunmayıb.

"Təhsil ocağının təmir olunması 2019-2023-cü illəri əhatə edən Dövlət Proqramına salınıb, bununla bağlı aidiyyəti qurumlara müraciət olunub" - nazirliyin cavabında bildirilib.

Femida.az

Açar sözlər: təhsil   məktəb  

Oxunub: 444