Gəncəlinin evində silah-sursat aşkar edildi
18:59 19 Fevral 2019
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Femida.az -a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, 21 yaşlı Oktay Əliyevin yaşadığı mənzilə baxış keçirilib.
Baxış zaman oradan 1 ədəd 16 kalibirli lüləsi kəsilmiş "TOZ" markalı odlu ov silahı, 2 ədəd 16 kalibirli patron və 2 ədəd qara rəngli dəmir "beşbarmaq" aşkar olunaraq götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Oxunub: 460