İmişlidə FACİƏ - Yaralanmış şəxsi xilas edə bilmədilər


14:43     20 Fevral 2019 xestexana_01254.jpg

İmişli rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.


Femida.az Trend-ə istinadən bildirir ki, fevralın 19-da İmişli rayonunun Qaralar kəndindən İmişli şəhəri istiqamətində hərəkət edən 1969-cu il təvəllüdlü, imişli şəhər sakini Bəylərov Teyyub Xanlar oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə İmişli sakini Sarıyev Müsaməddin Hüseyn oğlunu vurub.

Yaralı ağır bədən xəsarətləri ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib.

Məlumat əsasında hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə baxış keçirib, meyitin müayinəsi keçirilərək ölümün səbəbini müəyyənləşdirmək məqsədilə məhkəmə-tibb ekspertizası təyin edilib.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 370