MTN-də yeni müavin təyinatı
03:54 24 Oktyabr 2015
Bir neçə gün öncə həbs edilən Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəis müavini İlqar Əliyevin yerinə təyinat olub.
Femida.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu vəzifəyə nazirliyin Antiterror Mərkəzinin şöbə rəisi Rauf Xələfov gətirilib. Təyinatla bağlı əmr bu gün verilib.
Qeyd edək ki, həbsdə olan İlqar Əliyevin barəsində bu gün məhkəmə qərarından apelyasiya şikayəti verilib. Onun şikayətinə yaxın günlərdə baxılacaq.
Xatırladaq ki, Bir neçə gün əvvəl MTN Monitorinq Mərkəzinin rəisi Teymur Quliyev, Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev, Transmilli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəis müavini Füzuli Əliyev, MTN Monitorinq Mərkəzinin əməkdaşları Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev və Elşad Əzizov saxlanılıblar. Səbail Rayon Məhkəməsinin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.
Onlar Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilirlər. Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
MTN şefi Eldar Mahmudov isə oktyabrın 17-də, prezidentin sərəncamı ilə milli təhlükəsizlik naziri vəzifəsindən azad edilib.
Oxunub: 1216
Oxşar xəbərlər
- "Bakmil"ə gedənlərin nəzərinə
- Daha bir avtobus qəzası - Piyada öldü
- 14 yaşlı qız itkin düşüb - FOTO
- Azərbaycanlı iş adamından 500 minlik DƏLƏDUZLUQ
- Ərəblərin Qəbələ sevgisi - BƏƏ-dən birbaşa reys açıldı
- Özünü qatarın altına atıb öldürən gəncin FOTOLARI + VİDEO
- İşsizlərə ŞAD XƏBƏR!
- `Ölüm son deyil...` - İntihar edən şairin son şeiri və FOTOLARI
- Sarkisyan xəstəxanaya yerləşdirildi
- Salatın Əsgərovanı qətlə yetirən ermənilər kimlərdir? -ADLAR