Bakının qəsəbədaxili yolları təmir ediləcək


12:16     22 Fevral 2019 2018/11/yollarxirdalan_1543570016.jpg

"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının qəsəbədaxili yollarının təmirini planlaşdırır".


Femida.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

“İndi paytaxtın Xəzər, Binəqədi, Sabunçu, Xətai, Qaradağ, Nəsimi rayonlarının ərazisində bərbad vəziyyətdə olan yolların yenidən qurulması nəzərə alınıb. Həmin yollar üzərində yeraltı və yerüstü piyada keçidlərinin inşası bu il başa çatdırılacaq. Gələcək planlarımızda da qəsəbədaxili və məhəllələrarası yolların yenidən təmir olunması da var”, - o bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 327