Maaşımı vermədiyi üçün qızılları götürdüm - Xadiməyə hökm oxundu

"Maaşımı vermədiyi üçün qızılları götürdüm" - Xadiməyə hökm oxundu


16:32     22 Fevral 2019 1398947325_mehkeme.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində şirkət rəhbərinin evindən oğurluq etməkdə təqsirləndirilən Gülər Piriyevaya hökm oxunub.



“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Rasim Sadıxovun icraatında olan prosesdə G.Piriyeva son söz deyib.

O bildirib ki, V.Bəşirovanın evindən qızıl üzük və 1000 dollar pul götürüb:

“Həmin pulu və üzüyü götürməyimə səbəb maaşımı ala bilməməyim olub. Çünki Vüsalə Bəşirova üç ay idi ki, maaşımı vermirdi. Pulu və üzüyü evə apardım ki, maaşımı ala bilim. İttihamla razı deyiləm”.

Məhkəmə kollegiyasının hökmü ilə G.Piriyeva 6 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham görə, G.Piriyeva “Mətanət A” şirkətinin prezidenti Elxan Bəşirovun arvadı Vüsalə Bəşirovanın evində xadimə kimi çalışıb. O, işlədiyi dövrdə ev sahibinin mənzilindən 56 min manatlıq oğurluq etməkdə təqsirləndirilir.

Açar sözlər:

Oxunub: 187


Oxşar xəbərlər