FETÖ işində Türkiyədə daha 295 həbs – 3-ü polkovnikdir

FETÖ işində Türkiyədə daha 295 həbs – 3-ü polkovnikdir


18:27     22 Fevral 2019 19_02_22_1550839845.jpg

İstanbul Cümhuriyyət Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində FETÖ (Fətullahçı Terror Təşkilatı) ilə əlaqədə və 2016-cı ildəki dövlət çevrilişinə cəhddə iştirak etməkdə şübhəli bilinən sabiq və fəaliyyətdə olan 295 hərbi qulluqçunun həbsi barədə qərar çıxarılıb.


Femida.az “Reuters”ə istinadən xəbər verir ki, şübhəlilərin taksafonlar vasitəsilə terrorçularla mütəmadi və ardıcıl şəkildə əlaqə saxladıqları, informasiya ötürdükləri üzə çıxıb.

Həbsi barədə qərar çıxarılanlardan 3-ü Türkiyə Silahlı Qüvvələrinin fəaliyyətdə olan polkovniki, 8-i mayoru və 10-u isə leytenantıdır.

Şübhəlilərin saxlanılması və həbs edilməsi üçün İstanbul Polis İdarəsinin terrorla mübarizə, mütəşəkkil və maliyyə cinayətkarlıqları ilə mübarizə departamentləri irimiqyaslı əməliyyata başlayıb.

Qeyd edək ki, Türkiyədə 2016-cı il dövlət çevrilişi cəhdindən sonra indiyədək 77 mindən çox şübhəli həbs edilib. Həmçinin, ümumilikdə 150 min dövlət qulluqçusu və hərbçi FETÖ ilə əlaqədə təqsirli bilinərək ya işdən qovulub, ya da saxlanılıb.

Açar sözlər:

Oxunub: 228