Məzahir Pənahov Moldovaya gedib
18:13 22 Fevral 2019
Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun başçılıq etdiyi nümayəndə heyəti fevralın 24-də Moldovada keçiriləcək parlament seçkilərini müşahidə etmək məqsədilə bu ölkəyə səfərə yola düşüb.
MSK-nın Media və ictimai əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, Moldova Mərkəzi Seçki Komissiyasının sədri Alina Russunun dəvətinə əsasən gerçəkləşdirilən səfər çərçivəsində M.Pənahovun digər rəsmi şəxslərlə yanaşı, moldovalı həmkarı ilə də görüşü və iki ölkənin ali seçki qurumları arasındakı uzunmüddətli əlaqələrin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələrin aparılması nəzərdə tutulub.
Qeyd edək ki, MSK təmsilçiləri həmçinin Müstəqil Dövlətlər Birliyi İcraiyyə Komitəsi sədrinin dəvəti ilə sözügedən təşkilatın tərkibində də seçkilərin müşahidəsində iştirak edirlər.
Femida.az
Oxunub: 476
Oxşar xəbərlər
- Məzahir Süleymanzadə vəfat edib
- Məzahir Pənahov boş deputat yerlərinə təkrar seçkilərdən danışıb
- Məzahir Pənahov seçkiyə görə kimlərin cəzalandırılacağını açıqladı
- Məzahir Pənahov vətəndaşlara müraciət etdi
- Məzahir Pənahov namizədləri ədalətli olmağa çağırıb
- Məzahir Pənahov məntəqə seçki komissiyalarının üzvlərinə müraciət etdi
- Məzahir Pənahov deputatlığa namizədləri əmlaklarını gizlətməməyə çağırıb
- Məzahir Pənahovdan deputatlığa namizədlərə tövsiyə
- Məzahir Pənahov gürcü və ukraynalı həmkarı ilə görüşüb
- Məzahir Pənahov Qazaxıstana getdi - Prezident seçkilərini müşahidə edəcək