İtkin düşən kişinin meyiti tapıldı


10:36     23 Fevral 2019 meyit%20(3).jpg

Gecə saatlarında “112” qaynar telefon xəttinə 1961-ci il təvəllüdlü Hüseynov Firudin Əli oğlunun Şəmkir rayonunun Aşağı Seyfəli kəndində, dağlıq ərazidə naməlum şəraitdə itkin düşməsi haqqında məlumat daxil olub.


Fövqaladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri axtarışlara cəlb olunub. Axtarış işləri nəticəsində bu gün səhər satlarında F.Hüseynovun meyiti tapılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 360