Təzəpir məscidində qanvermə aksiyası keçirilir


15:25     24 Oktyabr 2015 qan%20verme.jpg

Aşura günü ilə bağlı Təzəpir məscidində qanvermə aksiyası keçirilir.


B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva qeyd edib ki, Aşura günü ilə bağlı Təzəpir məscidində qanvermə aksiyası saat 7:30-da başlayıb və saat 9:30-a qədər 108 nəfər qanvermə aksiyasında iştirak edib.

Qeyd edək ki, Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən irsi qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə könüllü qanvermə aksiyaları başlayıb. Aksiyalar ölkənin 14 məscidində keçirilir./apa/

Açar sözlər:

Oxunub: 761


Oxşar xəbərlər