Dörd nəfərdən ov tüfəngi götürülüb


20:10     25 Fevral 2019 19_02_25_1551107149.jpg

Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, Sabirabad RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 23-də Saatlı rayon sakinləri E.Rzayevdən, M.Zeynalovdan, T.Abuşovdan və A.Zeynalovdan 4 ədəd “İJ” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.

Açar sözlər:

Oxunub: 468