Polis fahişəxanaya basqın etdi - Saxlanılanlar var (FOTOLAR)


15:23     27 Fevral 2019 19_02_27_1551266643.jpg

Qubada rayonunda əxlaqsızlıq yuvası aşkar edilib.


Bu barədə DİN mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Quba Rayon Polis Şöbəsinə rayon sakini Zeynəb Məmmədovanın “Tamerlan” adlı kafedə əxlaqsızlıq yuvası təşkil etdiyi barədə məlumat daxil olub.

Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində kafe sahibi və oğlu, eləcə də, həmin kafedə işləyən beş qadın saxlanılaraq RPŞ-nə gətirilib.

Faktla bağlı Quba RPŞ-nin İstintaq Bölməsində AR Cinayət Məcəlləsinin 243-cü (Fahişəliyə cəlb etmə) və 244-cü (Əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.





Açar sözlər:

Oxunub: 1667