14 din xadiminin fəaliyyətində nöqsanlar aşkar edilib


10:40     04 Mart 2019 2019/03/namaz1_1551681693.jpg

2018-ci ildə Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən 1000-dən çox din xadiminə aylıq maddi dəstək göstərilib.

Femida.az xəbər verir ki, bu barədə Azvision.az-ın sorğusuna cavab olaraq Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov məlumat verib.

Direktor qeyd edib ki, keçən il ərzində Fond tərəfindən aparılmış monitorinqlər, eləcə də Qafqaz Müsəlmanları İdarəsi ilə birgə araşdırmalar nəticəsində ümumilikdə 14 din xadiminin fəaliyyətində müəyyən nöqsanlar aşkar olunub.

"Onlara göstərilən maddi dəstək dayandırılıb. Cari ildə də Fond tərəfindən bu məsələ ilə bağlı mütəmadi olaraq müvafiq monitorinqlər təşkil olunacaq".

Femida.az

Açar sözlər:

Oxunub: 268