Ərlə-arvadın meyiti evdən tapıldı - Gəncədə


12:10     04 Mart 2019 meyit.jpg

Gəncədə ər-arvad dəm qazından boğulub.

Hadisə Kəpəz rayonunda baş verib.

Belə ki, 1947-ci il təvəllüdlü Xalis Cəfərov və həyat yoldaşı Rəna Cəfərova yaşadıqları evdə ölü tapılıb.

Prokurorluq və polis əməkdaşları hadisə yerinə gedərək Gəncə şəhər Regional Qaz İstismarı İdarəsinin əməkdaşları ilə birgə baxış keçirib.

Baxış zamanı evin içərisində İran istehsalı isidici qaz sobasının işlək vəziyyətdə olması aşkar edilib.

Meyitlər xarici və daxili müayinə üçün Gəncə şəhər Məhkəmə Tibbi Ekspertizasına və Patoloji Anatomiya Birliyinin morquna göndərilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü maddəsilə cinayət işi başlanılıb.

Açar sözlər:

Oxunub: 373


Oxşar xəbərlər