AQTA quş qripi ilə bağlı növbəti monitorinq keçirdi - Nəticə
17:06 04 Mart 2019
Fevral ayının 25-dən mart ayının 1-dək Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkə ərazisində yüksək patogenli quş qripi xəstəliyi ilə bağlı növbəti monitorinqlər həyata keçirilib.
Femida.az xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyinin əməkdaşlarının və mütəxəssislərinin iştirakı ilə keçirilən monitorinqlər çərçivəsində xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olunan quşların cəsədinə rast gəlinməyib.
Abşeron yarımadası, Şabran, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarda, su-bataqlıq ərazilərində, eləcə də respublikanın dəniz sahili ərazilərində aparılan monitorinqlər zamanı ümumi baxış keçirilib, epizootoloji məlumatlar toplanmaqla, seçmə üsulla ovlanaraq götürülən müxtəlif növlərə aid 48 baş çöl quşunun patoloji materialları və qeyd edilən rayonlarda yerləşən ailə təsərrüfatlarından alınan 240 baş müxtəlif növ ev quşunun qan nümunələri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilməsi üçün təhvil verilib.
Qeyd edək ki, nümunələrin analizinin nəticələri barədə ictimaiyyətə geniş məlumat veriləcək.
Femida.az
Oxunub: 451
Oxşar xəbərlər
- AQTA qida sahəsində fəaliyyət göstərən sahibkarlara müraciət edib
- Prezident "Qida təhlükəsizliyi haqqında" qanunu təsdiqləyib
- Hökumət Azərbaycan ərazisinə qida və yem məhsullarının idxalı qaydasını təsdiqləyəcək
- Səhiyyə Nazirliyi yuxu və qida rejimi ilə bağlı sürücülərə müraciət edib
- Şəmkirdə bir neçə nəfər qidadan zəhərlənib
- Ərdoğan Azərbaycanla qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında sazişi təsdiqləyib
- Qazaxda bir ailənin 6 üzvü qidadan zəhərlənib
- İstifadə müddəti bitən müxtəlif növ qida məhsulları məhv edilib
- İstifadə müddəti bitən müxtəlif növ qida məhsulları məhv edilib
- "Qida təhlükəsizliyi haqqında" qanun layihəsini müzakirə olunacaq