Həmcinsi ilə əlaqədə olan polis işdən çıxarıldı, məhkəməyə müraciət etdi - Türkiyədə


10:42     05 Mart 2019 19_03_05_1551768068.jpg


Türkiyədə 34 yaşlı homoseksual polis O.G işdən çıxarılıb. Buna səbəb onun məzuniyyətdə olduğu dövrdə həmcinsi A.B. ilə cinsi əlaqədə olmasıdır.

Femida.az xəbər verir ki, bu barədə ikinci şəxs polisin iş yoldaşlarına məlumat verib və zorlandığını deyib. Ardınca O.G. həbs edilib. Lakin A.B. prokurorluğa gedərək ifadəsini təzyiq altında verdiyini, həbs olunan polis ilə öz razılığı ilə cinsi əlaqədə olduğunu deyib. Ardınca polis sərbəst buraxılıb. Lakin bu davranışı ona işini itirmək bahasına başa gəlib.

O.G. qərardan narazı qalıb və məhkəməyə müraciət edib. Ərizəsində "bütün insanlar ləyaqət və hüquqlarına görə bərabər doğulurlar. Cinsi orientasiya və gender şəxsiyyəti hər adamın şərəfinin və insanlığının ayrılmaz hissəsidir və sui-istifadə etmə səbəbi olmamalıdır" ifadələrinə yer verib.

Türkiyə mətbuatına danışan sabiq polis bütün təşkilatlara müraciət edəcəyini söyləyib:

"Kimlə yatacağıma özüm qərar verməliyəm, yoxsa başqaları?! Şəxsi həyatımı istədiyim kimi yaşamayacamsa, onda niyə yaşayıram? İstintaq zamanı səlahiyyətli şəxslər mənə “bu ölkədə polis ola bilməzsən” dedilər. Peşəmin tələblərini düzgün yerinə yetirirəmsə, bunun şəxsi həyatıma nə aidiyyatı var?"

Femida.az

Açar sözlər: #Türkiyə   #polis  

Oxunub: 507