Kriminal avtoritetlərin restorandakı “sxodka”sına basqın - Fotolar+ Video


11:48     05 Mart 2019 2019/03/2292956_1551772199.jpg

Kiyev hüquq-mühafizə orqanlarının əməkdaşları Ukrayna Ali Rada bulvarının restoranında kriminal avtoritetlərin “sxodka”sına basqın edib.



Femida.az -ın xəbərinə görə, Kiyev Polis Şöbəsinin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir ki, “sxodka”ya 1985-ci ildən “vor zakon” statusunu daşıyan “Laşa Svan” ləqəbli, gürcü əsilli Laşa Caçvliani rəhbərlik edib.

Əməliyyat-istintaq tədbirləri çərçivəsində 45 yaşlı “qanuni oğru” saxlanılıb.

Məlumata görə, o digər “həmkarları” ilə əlaqələrini bərpa etməyə və mənzil oğrularının “kuratoru” olmaq istəyib.

Qeyd edək ki, 2017-ci ilə qədər beynəlxalq axtarışda olan “Laşa Svan” bir müddət öncə Ukraynada narkotik vasitələrlə saxlanılıb, daha sonra sərbəst buraxılıb.

Açar sözlər: #polis   #kriminal_alım  

Oxunub: 1868