Azərbaycanda yoxsulluğun səviyyəsi 5,1%-ə düşüb - HESABAT


13:10     05 Mart 2019 19_03_05_1551777029.jpg


2018-ci ilin yekununda Azərbaycanda yoxsulluğun səviyyəsi 5,1% təşkil edib.

Bu barədə Nazirlər Kabinetinin ötənilki fəaliyyəti ilə bağlı hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, bu, 2017-ci illə müqayisədə 0,3 faiz bəndi azdır.

Xatırladaq ki, Azərbaycanda yoxsulluğun səviyyəsi 2003-cü ildə 44,7%, 2004-cü ildə 40,2%, 2005-ci ildə 29,3%, 2006-cı ildə 20,8%, 2007-ci ildə 15,8%, 2008-ci ildə 13,2%, 2009-cu ildə 10,9%, 2010-cu ildə 9,1%, 2011-ci ildə 7,6%, 2012-ci ildə 6%, 2013-cü ildə 5,3%, 2014 və 2015-ci illərdə 5%, 2016-cı ildə isə 5,9% təşkil edib. / Report

Femida.az

Açar sözlər:

Oxunub: 342