“Namuslu kişi söyüş söyməz” - Millət vəkili


13:32     05 Mart 2019 qudret.jpg


“Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili təhqir və böhtanlarla bağlı xarici ölkələrin ombudsmanlarına müraciət etməlidir. Heç bir namuslu kişi söyüş söyməz. Bilir ki, həmin söyüşün 10 qat artığı geri qaytarılır”.

Femida.az azvision.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin 2018-ci il üzrə illik məruzəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.

Deputat qeyd edib ki, Azərbaycana qarşı “söyüş kampaniyası” aparan şəxslər ləyaqətlərini satıb, ona görə də belə işlərlə məşğuldurlar.

Femida.az

Açar sözlər: deputat  

Oxunub: 581