İstintaq Şöbəsinin rəisi məhkəməyə çağırıldı
16:26 06 Mart 2019
Bakı Ağır Cinayətlər Məhkəməsində “Range Rover”lə qəza törədərək iki nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən polis əməkdaşı Xəyal Məmmədovun məhkəməsi keçirilib.
Femida.az -ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hakim Mirzə Xankişiyevin icraatında olan prosesdə X.Məmmədovun vəkili vəsatət verərək hadisə baş verən zaman Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi olan Həsrət Aslanov və ekspert Hikmət İbişovun əlavə şahid qismində dindirilməsini istəyib.
Məhkəmə vəsatəti təmin edib, həmin şəxslər növbəti iclasda ifadə verməsi üçün məhkəməyə çağırılacaqlar. Proses martın 15-də davam etdiriləcək.
İttihama görə, iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum sürücünün idarə etdiyi “Range Rover” markalı avtomobillə Rahib Əliyevin idarə etdiyi “Ford” markalı avtomobil toqquşub. Qəza nəticəsində “Ford”un sürücüsü və sərnişini hadisə yerində ölüb.
Hadisədən sonra başından xəsarət alan sürücü avtomobilin dövlət qeydiyyat nişanlarını açaraq hadisə yerindən qaçıb.
Daha sonra həmin sürücünün şəxsiyyəti müəyyən edilib və o, həbs olunub. Məlum olub ki, qəza baş verən zaman “Range Rover”in sükanı arxasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Xəyal Məmmədov olub. O, saxlanılaraq məhkəmənin qərarı ilə həbs edilib.
Oxunub: 709
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"