"Yanan yataqxananın sakinləri kirayə evlərlə təmin olunacaq" - Rövşən Rzayev
16:51 06 Mart 2019
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") sədri Rövşən Rzayev Bakının Nərimanov rayonunda yataqxanada baş verən yanğın nəticəsində dünyasını dəyişənlərin hüzr mərasimində iştirak edib.
Komitə sədri dünyasını dəyişənlərin ailəsinə başsağlığı verib. O, hüzr mərasimində iştirak edən məcburi köçkünlərin problemlərini dinləyib.
Rövşən Rzayev açıqlamasında deyib ki, binada təhlükəli mənzillərdə yaşayan ailələr bir ay müddətində kirayə evlərlə təmin olunacaq: "Bu müddət ərzində burada təmir-bərpa işləri həyata keçiriləcək. Təmir-bərpa işlərindən sonra məcburi köçkünlər yenidən evlərinə qayıdacaqlar. Bu binada məskunlaşan bütün məcburi köçkünlər tez bir zamanda məcburi köçkünlər üçün tikilən qəsəbələrin birində evlərlə təmin edəcəyik. Hazırda biz ailələrlə bu barədə razılaşmalar həyata keçiririk"
R.Rzayev qeyd edib ki, ötən gün yanğın nəticəsində dünyasını dəyişənlərin ailəsi üçün üçotaqlı kirayə ev tutulub: "Ailə bu gündən kirayə evinə köçürüləcək. Yanan bina təmir olunana qədər həmin ailə Nərimanov Rayon İcra Hakimiyyətinin himayəsində olacaq. Biz bu gün burada dəfn mərasimində iştirak etdik və dəfn mərasiminin bütün xərclərini qarşıladıq. Məqsədimiz Cənab Prezidentin arxası ilə Dağlıq Qarabağa getməkdən ibarətdir". / Report
Femida.az
Oxunub: 474
Oxşar xəbərlər
- Şirvan şəhərində yataqxanada yanğın olub, sakinlər təxliyə edilib
- Şirvanda yataqxanada yanğın zamanı 4 nəfər tüstüdən zəhərlənib, 30 nəfər təxliyə edilib
- Bakıda universitet yataqxanasında İNTİHAR
- Xilasedicilər yataqxanada intihara cəhdin qarşısını alıblar
- FHN-dən yataqxanadakı yanğınla bağlı açıqlama
- Bakıda yataqxanada yanğın olub - VİDEO
- Vilyam Hacıyevin ailəsi 124 manata kirayə yaşadığı yataqxanadan çıxarıldı - FOTO
- Azad olunmuş ərazilərdə modul tipli yataqxanaların quraşdırılmasına başlanılıb
- Naxçıvanda tələbə yataqxanaları üçün QİYMƏTLƏR - 80 MANAT...
- Mingəçevirdə yataqxanada yanğın olub, 2 nəfər tüstüdən zəhərlənib