"Əfvlə bağlı mənim təkliflərim bayramdan bayrama olmur" - Ombudsman


13:11     07 Mart 2019 ombudsman2.jpg

"Əfvlə bağlı mənim təkliflərim bayramdan bayrama olmur"


Femida.az xəbər verir ki, bunu Ombudsman Elmira Süleymanova Novruz bayramında gözləniləcək əfvlə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib. Bildirib ki, hər ayın sonunda cəzaçəkmə müəssisələrinə baş çəkir.
"Cəzaçəkmə müəssisələrindən, məhkumların ailələrindən gələn bütün təklifləri yekunlaşdırıb, hər ayın sonunda Əfv Məsələləri üzrə Komissiyaya göndərirəm. Ombudsmana gələn müraciətlər aylarla, illərlə saxlanılmır".

E.Süleymanova, həmçinin qeyd edib ki, əfvlə bağlı işlər o qədər asan deyil: "Elə adam var ki, səhvə yol verir və düşüncəsi çatmır ki, göründüyü işin sonu nə ola bilər. Cəzaçəkmə müəssisəsində məhkumlarla görüşümdə deyirəm ki, dərd sizin dərdiniz deyil. Gündə dörd dəfə yeyib-içirsiniz. Əsas ailə üzvləriniz çətinlik çəkirlər. Nəinki maddi cəhətdən, eyni zamanda oğlanlar atasız, natamam ailələrdə böyürürlər".

Femida.az

Açar sözlər:

Oxunub: 329